“Minsk qrupu Qarabağın həlli üçün heç nə etməyib və etməyəcək” - Lukaşenko

minsk-qrupu-qarabagin-helli-ucun-hec-ne-etmeyib-ve-etmeyecek
Oxunma sayı: 1760

Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistan liderləri həll edə bilərlər. Beynəlxalq vasitəçilər ötən illər ərzində situasiyanın real həlli üçün heç nə etməyiblər. 

“Qafqazinfo” Belarus KİV-nə istinadən xəbər verir ki, bu sözləri prezident Aleksandr Lukaşenko Minskdə rusiyalı jurnalistlərlə görüşü zamanı deyib.

“Nə qədər iki prezident (Azərbaycan və Ermənistan liderləri – red.) əyləşib “gəlin, bu problemi insanların maraqları üçün həll edək” deməsə, Minsk qrupu bu onilliklər ərzində heç bir iş görməyib və görməyəcək də".