Minsk qrupunun həmsədri əvəzlənəcək

minsk-qrupunun-hemsedri-evezlenecek-
Oxunma sayı: 653

Bu barədə cümə axşamı Trend-ə Fransadakı diplomatik mənbə bildirib.

"Rəsmi təyinat hələ olmayıb, lakin hazırda Ukraynada səfir diplomatik missiyasını başa çatdıran Jak Foranın namizədliyi nəzərdən keçirilir", - diplomatik mənbə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.