Miqrantlar tunel qazaraq ABŞ-a keçiblər

miqrantlar-tunel-qazaraq-abs-a-kecibler
Oxunma sayı: 1562

Bir qrup miqrant Meksikadan ABŞ-a keçmək üçün maraqlı üsula əl atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 376 mühacir Meksika sərhədini qazaraq ABŞ ərazisinə keçib. ABŞ Gömrük və Sərhəd Xidmətinnin məlumatına görə, miqrantlar 3,6 metr hündürlükdəki metal divarın altından yarım metr enində yeri qazıblar və  ABŞ ərazisində sərhədçilərə təslim olublar. Hadisə yanvarın 14-ü baş versə də, bu barədə məlumat mediaya yeni çatdırılıb.

ABŞ Gömrük və Sərhəd Xidmətinin nümayəndələri onu da qeyd edib ki, 376 nəfərdən 179-u uşaqdır.

Aysel Kərimova