Miqrantları daşıyan gəmi batdı

miqrantlari-dasiyan-gemi-batdi
Oxunma sayı: 1006

 

Aralıq dənizinin Liviya sahillərində göyərtəsində 20 miqrantın olduğu gəmi batıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, miqrantları xilas etmək üçün İtaliya donanmasına məxsus təyyarə köməyə gəlib.

Öncə dənizə 2 rezin qayıq atılıb, daha sonra xilasedici gəmilər hadisə yerinə çağırılıb. İlk yardım sayəsində 3 nəfər xilas edilib.

Məlumata görə, 3 nəfər ölüb, 14 nəfər isə itkindir.