Miqrantların olduğu gəmi batıb - 21 nəfər itkin düşüb

miqrantlarin-oldugu-gemi-batib
Oxunma sayı: 656

Aralıq dənizində miqrantları daşıyan gəminin batması nəticəsində 21 nəfər itkin düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər veirr ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Djakomon bildirib.

Onuns sözlərinə görə, 160-dan artıq miqrant isə xilas edilib. İtkin düşən miqrantların hamısı Qərbi Afrikadan olub.

Qeyd edək ki, 2017-ci ildə dəniz yolları ilə Avropaya 171 min miqrant gəlib. 3116 nəfər isə Aralıq dənizini keçmək istəyərkən ölüb.