Miqrantların qanunsuz əmək fəaliyyəti

miqrantlarin-qanunsuz-emek-fealiyyeti
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Rauf Tağıyev məlumat verib. Hazırda ölkəmizdə 9147 nəfər əməkçi miqrantın yaşadığını deyən Rauf Tağıyev bildirib ki, Azərbaycanda davamlı xarakter alan iqtisadi tərəqqi prosesləri, çoxsaylı iş yerlərinin yaradılması, şəffaf və əlverişli biznes mühitinin təmin olunması, ictimai siyasi sabitlik xarici ölkələrdən ölkəmizə əmək fəaliyyəti göstərmək üçün gələnlərin sayının artması ilə müşayiət olunur. Rauf Tağıyev onu da əlavə edib ki, müəyyən kateqoriya əcnəbi şəxslər vardır ki, onlar burada əmək fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq, qanunvericiliyə əsasən əməkçi miqrant hesab edilmirlər. Belə ki, milli qanunvericiliyə əsasən, işəgötürənlərin işə cəlb etdikləri əcnəbi şəxslər əməkçi miqrant hesab edilirlər. “Ölkədə qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin bir qismi öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun leqallaşdırılıb, bir çox əcnəbilərlə bağlı isə aidiyyəti dövlət orqanları tərəfindən müvafiq tədbirlər görülüb. Bu istiqamətdə Dövlət Əmək Müfəttişliyi Xidməti öz səlahiyyətləri çərçivəsində zəruri tədbirlər həyata keçirməkdədir”.

Səidə