Mircavadov Foqtsun cavabını verdi

mircavadov-foqtsun-cavabini-verdi
Oxunma sayı: 649

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən əməkdar məşqçi komandanı qələbəyə ruhlandırmağın vacib olduğunu bildirib: “Əgər Berti Foqts qalibiyyətdən deyil, futbolun inkişafından danışırsa, elə inkişaf özü də qələbədən gəlir. Uduzmaq ilə futbol inkişaf edə bilməz. İnkişafda əsas amillərdən biri qələbə ruhudur. Rusiya bizdən güclü komandadır. Ancaq bu o demək deyil ki, biz onlarla oyunda məğlub olmalıyıq”.

Ağasəlim Mircavadov qələbənin qazanılmasında məşq prosesinin rolundan da danışıb: “ Önəmli olan qələbə qazanmaqdır. Qələbəni necə əldə edəcəyimiz isə baş məşqçinin oyun taktikasından asılıdır. Bu baş məşqçinin səlahiyyətidir. Futbolçularda psixoloji qələbə ruhu olmalıdır. Bu da oyunçulara qarşılaşmadan 3-4 gün əvvəl məşq proseslərində aşılamalıdır”.

Xatırladaq ki, Berti Foqts Rusiya ilə oyunöncəsi açıqlamalarında qələbənin onun üçün o qədər də vacib olmadığnı, yalnız Azərbaycan futbolunun inkişaf etdirmək istədiyini bildirib.

Sevinc