MirHəsən Seyidov: “Azərbaycan dövləti Heydər Əliyevin bizə ərmağanıdır”

mirhesen-seyidov-azerbaycan-dovleti-heyder-eliyevin-bize-ermaganidir
Oxunma sayı: 3372

“Heydər Əliyevə olan inamın kökündə onun bu ölkəni dirçəltmək üçün apardığı mücadilə və qazandığı uğur dayanır”.

"Qafqazinfo" xəbər verir ki, bunu açıqlamasında “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov deyib:

"Xalqının uğuru, işıqlı gələcəyi üçün böyük mücadilə aparan dahi liderimiz yaddaşlarda hər zaman əzmi, dövlət üçün etdiyi fədakarlıqlarla qalıb. Hər kəsin Heydər Əliyevə olan inamının kökündə onun bu ölkəni dirçəltmək üçün apardığı mücadilə və qazandığı uğur dayanır. 

Azərbaycanı mədəni və iqtisadi tənəzzül dövründən ayağa qaldıran, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrünə çatdıran bir rəhbər olaraq Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün misilsiz xidmətləri var. Xalqına dəyər verən ölkə başçısı ömrünün sonunadək gənclərin hərtərəfli inkişafını təmin etmək,həmçinin  onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsindıə ciddi tədbirlər görüb.  Heydər Əliyev gənc nəslə azad, müstəqil bir Azərbaycan hədiyyə edib aramızdan ayrıldı".

MirHəsən Seyidov bildirib ki: “Dövlətin güclü olmasının təməlində güclü iqtisadiyyat dayanır. Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixində iki fərqli mərhələ olub. Bunlardan biri müstəqilliyin ilk illərində yaranmış xaosdan sonra ölkənin zəifləməsi və uçurumun bir addımlığında olması, digəri isə Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi fonunda ölkəmizdə iqtisadi-siyasi vəziyyətin stabilləşməsi, iqtisadi islahatların aparılması və həmin vaxtdan bu günədək davam edən inkişaf dövrü”.Onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi müstəqil və demokratik azərbaycan dövləti cənab Heydər Əliyevin bizə ərmağanıdır”.

Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün ölkə gəncliyi uğurlu layihələrə imza atır. Ulu Öndən hər zaman bütün istiqamətlərdə irəliləyişlərin olması üçün çalışıb. Ölkə üçün əhəmiyyətli olan görüşlər keçirib. Gənclərə diqqət göstərib, onlarla görüşüb  və böyük ümidlər bəsləyib. Gənclərin ali təhsilli olmasına xüsusi önəm verib, diqqətdə saxlayıb.  O qeyd edib ki:“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Bu günə kimi baş tutan bütün proseslərdə gənclər əsas diqqət mərkəzində olub. Ulu öndər gənclər amilinin əsas amil olduğunu hər zaman qeyd edib. Ölkə gənclərinə olan inamını gənclərin doğrultduğunun şahidi oluruq. İstər böyük tədbirlərə ev sahibliyi etdiyimiz zaman, istər beynəlxalq arenalarda. Ən əsası isə biz aprel hadisələrində güvəniləcək, ümidimizi doğrultmağa qadir olan ölkə gəncliyini gördük və qürur duyduq.