Mirhəsən Seyidov nə dəyişiklik edəcək?

Mirhəsən Seyidov nə dəyişiklik edəcək?
Oxunma sayı: 2964

Xəbər verdiyimi kimi, "İRƏLİ" İctimai Birliyinin sədri Mirhəsən Seyidov Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə təyin olunub.

Federasiyasiyanın gələcək fəaliyyəti və planları ilə bağlı “Qafqazinfo”ya danışan Mirhəsən Seyidov idman sahəsinə öz töhfəsini verməyə çalışacağını bildirib:

“Azərbaycanda idman siyasəti hər zaman diqqətdə saxlanılıb və dünyada idman ölkəsi kimi tanınır. Son illərdə ölkəmizdə idmanla bağlı atılan bütün addımlar həm gəcliyimiz, həm də gənc idmançılar üçün böyük stimuldur. İdmançılarımız uzun illər ərzində apardıqları əzm nəticəsində bayrağımızı layiqincə dalğalandırmağı bacarıblar. Bu idmançılar arsında xüsusi önəm daşıyanlarından bir çoxu da Karate federasiyasının millisində yer alır. Düşünürəm ki, baş katib kimi mən də idman siyasətində öz töhfəmi verməyə çalışacam. Bizim dünyada tanına bir çox karateçimiz var ki, bunlar Rafael Ağayev, İlahə Qasımova və bu qəbildən olan gənc idmançılarımızdır. Artıq bütün dünyada qəbul olunmuş bir qərar var ki, artıq karatenin WKF idman növü Olimpiya Oyunlarına salınıb və Tokioda keçiriləcək 2020 Yay Olimpiya Oyunları bizim üçün vacib bir status daşıyır. 

Hazırda federasiya çox böyük hazırlıqlara başlayıb. 2018-ci ilin əvvəlində yeni vitse-prezident  və mənim təyin olunmağım federasiyanın yeni formalaşacağı siyasətə töhfə vermək məqsədi daşıyır. Federasiya tərkibində olan məşqçilərlə daim işlər həyata keçirilir. Artıq milli komandanın proqramı hazırlanıb. İdmançılar mütəmadi olaraq yığmanın məşqlərinə qatılırlar. Yanvarın 30-da artıq Yeniyetmə və Gənclərdən ibarət seçmə komandalarımız Avropa çempionatında iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola salınıb. Mən özüm də Çempionatda iştirak edəcəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi