Miri Yusif 3-cü dəfə ata oldu

miri-yusif-3-cu-defe-ata-oldu
Oxunma sayı: 4647

Müğənni Miri Yusif üçüncü dəfə ata olub.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib.

İfaçı həyat yoldaşı Nərgizlə şəklini paylaşaraq yazıb: “Bu gün mənim ad günümdür və bu günün ən gözəl hədiyyəni həyat yoldaşım mənə verdi. Üçüncü dəfə ata oldum. Mir Cahid, dünyaya xoş gəlmisən”.

Qeyd edək ki, Miri Yusifin Mir Hüseyn və Adel adlı daha iki övladı var.