Miri Yusif Ajdanın konsertini niyə tərk edib?

miri-yusif-ajdanin-konsertini-niye-terk-edib
Oxunma sayı: 5098

İki gün əvvəl  Türkiyənin məşhur sənətçisi Ajda Pekkanın Bakıdakı konsertini yarımçıq tərk edən Miri Yusifin bu addımı mətbuatın diqqətindən yayınmayıb. Onun bu qəribə davranışı xəbərə çevrilib. Belə ki, mətbuatda Miri Yusif konsertin keçirildiyi Heydər Əliyev adına Saraya gəlib, tədbirdən öncə fanatları ilə “selfi” çəkdirib, sənət yoldaşları ilə görüşüb. O, musiqili gecənin start götürməsindən 5-10 dəqiqə sonra məkanı həyat yoldaşı ilə birgə tərk edib.

“Qafqazinfo” məsələyə münasibət öyrənmək üçün sənətçinin prodüseri ilə əlaqə saxlayıb. O, xəbəri təkzib etməyə çalışıb və bildirib ki, konsert günü belə bir hadisə baş verməyib.

Maraqlıdır ki, Miri Yusifin konserti yarımçıq tərk etməsi digər jurnalistlər kimi “Qafqazinfo” əməkdaşının gözü qarşısında baş verib və ətrafdakı insanların təəccübünə səbəb olub. 

Onu da qeyd edək ki, Miri Yusif həmin gecə konsertdən gedəndən sonra “Abşeron Marriott” otelində tədbirə qatılıb və orada səhnədə çıxış edib.