Mirkamildən Aynişanla nişanlı olması xəbərinə- - Münasibət

mirkamilden-aynisanla-nisanli-olmasi-xeberine-
Oxunma sayı: 5968


“Qafqazinfo”nun məlumatına görə, gənc ifaçı "Ümid var" verilişində özünü yaxşı hiss etdiyini deyib:

"15 gündən sonra yenidən İrana yollanacağam. Orada Amerikadan gətirilən bir aparat vasitəsilə ürəyimə baxılacaq. Əməliyyat zamanı narkoz vermədilər. Ürək döyüntülərim zəif idi. Hətta bəzən gecələr yatanda  dayanırmış. Həkimlər narkozdan qorxub. Buna görə də keyitmə ilə ediblər".

Mirkamil həmçinin əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva ilə nişanlanma xəbərinə də münasibət bildirib:

"Bu müddət ərzində mənə dəstək olan Aybəniz xanıma və dostlarıma təşəkkür edirəm. Aynişanla nişanlanmağımız haqda məlumat ortaya çıxıb. Aybəniz xanım mənim anam kimidir. Belə bir söhbət yoxdur. Biz Aynişanla sevgili deyilik. İndiyədək haqqımda bir neçə dəfə belə xəbərlər yayılıb. Amma hələ ki, evlənməyə vaxtım yoxdur”. Axşam.az