Mirşahin də Hacıbala Abutalıbova cavab verdi

mirsahin-de-hacibala-abutalibova-cavab-verdi-
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, əməkdaş jurnalist M.Ağayev Publika.Az-a açıqlamasında deyib: "Mən inanmaq istəmirəm ki, Hacıbala Abutalıbov belə sözlər deyib. Əgər deyibsə, o zaman belə çıxır ki, Hacıbala müəllim hansısa jurnalistin dəfn mərasimində iştirak edib və onun meyidini qəbirdə görüb. Bu mənzərə Hacıbala müəllimdə çox ilginc təəssüratlar buraxıb. Ona görə də Hacıbala müəllim özünün də dediyi kimi, hər dəfə məzarda gördüyü jurnalistləri ölü obrazı kimi təsəvvür edir. Mən hörmətli professorumuz və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Hacıbala müəllimin bu məsələ ilə bağlı daha düzgün izah verməsinə dəvət edirəm. Çünki onun bu fikirləri mənim başa düşdüyüm kimidirsə, o zaman bu ayrı cür yozulmalıdır. Yaxud da onun bu açıqlamasının arxasında başqa fikirlər varsa, o zaman Hacıbala müəllim buna aydınlıq gətirsə yaxşı olardı".