Mirşahin yeni televiziya açır - ANS-çilər orda

mirsahin-yeni-televiziya-acir
Oxunma sayı: 15886

İki il əvvəl bağlanan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır. “Qafqazinfo”ya daxil olan məlumata görə, Mirşahin komandasını tam formalaşdırıb.

Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var.

Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.

Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.

Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.