Mirzəyevlər ailəsində daha bir dəhşətli faciə

mirzeyevler-ailesinde-daha-bir-dehsetli-facie
Oxunma sayı: 11449

Tovuzda ikimərtəbəli evdə yanğın baş verib. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı və digər otaqda divan qismən yanıb. Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub. 

İlkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, P.Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur.

Meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır.
 
Qeyd edək ki, bu, Mirzəyevlərlə bağl son aylarda baş vermiş üçüncü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olmuşdu. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində həlak olmuşdu.