Mirziyoyevdən Əliyevə məktub: - “Bu xəbər bizi çox kədərləndirdi”

Mirziyoyevdən Əliyevə məktub:
Oxunma sayı: 1252

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Azərbaycanın paytaxtı Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri bizi çox kədərləndirdi.

Zati-aliləri, bu hüznlü vaxtda Sizə, qardaş Azərbaycan xalqına, həmçinin həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və kədərinizə şərik olduğumu bildirirəm.

Həlak olanlara Ulu Tanrıdan rəhmət, onların yaxınlarına səbr diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi