Mişel Obamadan dünya uşaqlarına mesaj- - Fotolar

misel-obamadan-dunya-usaqlarina-mesaj-
Oxunma sayı: 1001


İlk Afrika-Amerika tennisçisi və üç Grand Slam turnirlərinin qalibi Artur Aşenin xatirəsinin anımı və gənc nəsli tennis ilə tanış etmək məqsədi ilə Artur Aşe stadionunda məşhur tenisçilərin qarşılaşdığı oyun keçirirlib. Xeyriyyə məqsədi ilə təşkil olunan bu oyunda dünya uşaqlarına marifləndirici mesajlar verilib. 

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın birinci xanımı Mişel Obama qızları Malia və Nataşa ilə qatıldığ bu tədbirdə milli kampaniyanın açılışını edərək, çıxışında “Hərəkət edək”, “Fəal uşaqlıq”, “Piylənmə ilə mübarizə” şüarlarını səsləndirib. 

Mişel Obama uşaqlara idman edərək, sağlam həyat tərzi sürmələrini məsləhət görüb. O, ölkə daxilində beş min uşaq tennis məktəbləri yaradaraq gənc nəsli idmana cəlb etməyi planlaşdırdığını qeyd edib.

Qeyd edək ki, xeyriyyə kampaniyasında Serena Villiams, Novak Cokoviç, Rafael Nadal, Roger Federer kimi məşhur tennisçilər ilə yanaşı bir sıra tanınmış şəxslər də iştirak edib.