Mişel Obamanın şəxsi məlumatlarını oğurladılar

misel-obamanin-sexsi-melumatlarini-ogurladilar
Oxunma sayı: 642

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, məşhurların ələ keçirilən kredit kart məlumatları və digər sosial təhlükəsizlik şifrələri saytlardan birində yerləşdirilib. Xakerlər həmçinin Obamanın kredit əməliyyatlarının hesabatı, sosial sığorta ünvan və telefon nömrəsini ələ keçirdiklərini bildirirlər. Onlar ölkənin birinci xanımına mesaj göndərməyi də unutmayıblar: “Ərini ittiham et, biz səni hələ sevirik Mişel”.

Rəsmi Vaşinqton məsələyə hələ ki, heç bir münasibət bildirməyib. Lakin Los-Ancelos polisi artıq araşdırmalara başlayıb.