“Mişelin sayəsində əsl kişi oluram”

miselin-sayesinde-esl-kisi-oluram
Oxunma sayı: 637

ABŞ prezidenti Barak Obama Vaşinqtondakı təntənəli andiçmə mərasimindən sonra təşkil edilmiş ziyafət və balda xanımı Mişel Obamanı təqdim edərkən belə söyləyib.

Mişel Obama isə ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanının, yəni əri Barak Obamanın verdiyi balda al-qırmızı, açıq çiyinli paltarda olub.

Barak və Mişel Obamalar balda rəqs ediblər.

Obamaların valsını ölkənin bütün əsas xəbər telekanalları translyasiya ediblər.

Cennifer Hadsonun ifa etdiyi mahnının sədaları altında rəqs edəndə Barak Obama gülümsəyib və xanımını bir neçə dəfə öpüb.