Misir “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığı dayandırdı

misir-karabakh-telecom-sirketi-ile-emekdasligi-dayandirdi
Oxunma sayı: 648

Xarici İŞlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bununla bağlı Azərbaycanın Qahirədəki səfirliyi tərəfindən Misirin Xarici İşlər Nazirliyinə nota göndərilib, nazirliyinin məsul şəxsləri ilə görüşlər keçirilib, “Vodafone Egypt” mobil rabitə şirkətinin “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığının qeyri-qanuni olduğu, beynəlxalq hüququn prinsipləri və Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər sənədləri ilə ziddiyyət təşkil etdiyi qeyd olunaraq, bu əməkdaşlığın dərhal dayandırılması xahiş olunub.

Səfirliyin müraciətinə cavab olaraq mayın 29-da Misirin Xarici İşlər Nazirliyi tərəfindən “Vodafone Egypt” ilə “Karabakh Telecom” arasında əməkdaşlığın dayandırıldığı barəsində məlumat verilib.

Nərgiz Ehlamqızı