Misir Mərdanov da nurçulardan danışdı

misir-merdanov-da-nurculardan-danisdi
Oxunma sayı: 3825


“Qafqazinfo” xəbər verir ki,  sabiq nazir M.Mərdanov Publika.Az-a açıqlamasında deyib: “Mənim adımın “nurçuların” Azərbaycan təhsilinə daxil olması məsələsində hallandırılması doğru deyil. Eybi yox, qoyun adımı hallandırsınlar, sübutları olsa nəsə deyərlər. Mən bunlara fikir vermirəm. Mən bildiyimə görə onlar Azərbaycana 1991-ci ildən gəlməyə başlayıblar. Mən isə 1998-ci ildən təhsil naziri olmuşam. Odur ki, onların bura gəlməsinin mənimlə heç bir əlaqəsi yoxdur”.