Misir Mərdanov hansı məktəbin direktorunu qovdu?

misir-merdanov-hansi-mektebin-direktorunu-qovdu
Oxunma sayı: 653

“Qafqazinfo”nun nazirliyin saytına istinadən məlumatına görə, müraciətlərin 857-si telefonla, 117-si isə elektron poçt vasitəsilə qəbul edilib.Bir sıra müraciətlərdə ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas və ali təhsil müəssisələrindəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 73 müraciət əsasında araşdırmalar aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlara dair 66 müraciət qəbul edilib. Ümumi təhsil məktəbləri üzrə Bakı şəhərindən 29, digər şəhərlərdən 4 (Sumqayıtdan 2, Gəncə və Şirvan şəhərlərinin hər birindən 1), Abşeron, Goranboy, Ağdam və Cəlilabad rayonlarının hər birindən 3, Sabirabad, Şəmkir, Lənkəran, Şəki, Qəbələ və Xaçmaz rayonlarının hər birindən 2, Hacıqabul, Saatlı, Neftaçala, Kürdəmir, Göygöl, Şamaxı, Qazax, Ağsu və Yevlax rayonlarının hər birindən 1 müraciət daxil olub.

“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə qarşı müvafiq inzibati tədbirlər görülüb. Belə ki, Bakı şəhəri Qaradağ rayonundakı 274 nömrəli tam orta məktəbdən daxil olan şikayətin araşdırılması nəticəsində təhsil müəssisəsində idarəetmə sahəsində nöqsanlar aşkarlanıb və məktəb rəhbərliyinə sonuncu xəbərdarlıq edilib.

Sabirabad rayon Qaragüney kənd 1 nömrəli tam orta məktəbdən daxil olan şikayətin araşdırılması zamanı məktəbin idarə olunmasında yol verdiyi nöqsanlara görə məktəbin direktoru Ramiz Həsənov tutduğu vəzifədən azad olunub.

Digər 7 müraciətdə isə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin diplom və təqaüdlərinın gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərinə köçürülməsi, xaricdə təhsil alan tələbələrin təqaüdləri ilə bağlı yaranmış problemlərdən bəhs olunub. Bütün bu müraciətlər aidiyyəti struktur bölmələrə yönəldilib və qaldırılmış məsələlər vaxtında həllini tapıb.