Misir Mərdanova dəvətnamə verilmədi

misir-merdanova-devetname-verilmedi-
Oxunma sayı: 635

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) dünən “Səadət” sarayında keçirilən 20 illik yubileyində təhsil naziri Misir Mərdanov görünməyib. Bu barədə “Azadlıq”a tədbir iştirakçılarından biri məlumat verib. Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, Misir Mərdanovun tədbirə dəvət edilmədiyi, yoxsa dəvəti qəbul etmədiyi ona bəlli deyil. “Fakt odur ki, Misir Mərdanov tədbirdə yox idi”, - deyə mənbə bildirib.

“Azadlıq” qəzetinin apardığı araşdırmalar zamanı isə bəlli olub ki, Misir Mərdanov tədbirə dəvət edilməyib. Bunun da səbəbi təbii ki, TQDK sədri Məleykə Abbaszadə ilə Misir Mərdanovun arasında ziddiyyətlər olmasıdır.