Misir Mərdanovun “Azərbaycanın təhsil tarixi”

misir-merdanovun-azerbaycanin-tehsil-tarixi
Oxunma sayı: 675

“Qafqazinfo” xəbər verir ki, çoxcildliyin birinci cildi təhsilin ən qədim dövrlərindən 1920-ci ilin aprel işğalına qədərki tarixi əhatə edir. Bu böyük zaman ərzində təhsilin keçdiyi bütün mərhələlər – qədim məktəblərin, mədrəsələrin, dünyəvi təhsil ocaqlarının yaranması, ilk dərslik nümunələrinin meydana gəlməsi və ümumilikdə Azərbaycan xalqının mənəvi mədəniyyət tarixində təhsilin yeri bu cilddə işıqlandırılıb. Elmi redaktoru pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov olduğu kitab tədqiqatçılar, müəllimlər, tələbələr və geniş pedaqoji ictimaiyyət üçün nəzərdə tutulub. Kitabın ön söz müəllifi də təhsil naziri Misir Mərdanovdur.