Misir prezidenti qaçdı

misir-prezidenti-qacdi
Oxunma sayı: 644

Misirdə minlərlə nümayənçi prezident Məhəmməd Mursinin iqamətgahını mühasirəyə alaraq, onun istefasını tələb ediblər. Prezident isə kütlə iqamətgaha hücum etmədən sarayı tərk edib. Qahirənin mərkəzində çoxminli nümayiş davam edir. Kütləvi etirazlar İsgəndəriyyəyə də sıçrayıb.

Ötən günə planlaşdırılan dinc nümayiş toqquşmalarla nəticələnib. Misir Konstitusiyasında prezidentə məhdudiyyətsiz səlahiyyətlərin verilməsini nəzərdə tutan dəyişikliklərə etiraz edən minlərlə nümayişçi Məhəmməd Mursinin iqamətgahının qarşısına toplaşıb. Qalan nümayişçilər isə Təhrir meydanını tərk etməyiblər ki, “Müsəlman qardaşları”nın nümayəndələri meydanıtutmasınlar.

İqamətgahın ətrafına tplaşanlar yaxınlıqdakı küçələri və binanın giri-çıxışını tutublar. Lakin Məhəmməd Mursi iqamətgahı tərk edib və Qahirə yaxınlığındakı bağ evinə yollanıb.

Sarayı polis əməkdaşları və Milli Qvardiyanın əsgərləri qoruyurlar. Tikanlı məftil və hündür daş hasarla əhatələnin iqamətgaha daxil olmaq o qədər də asan deyil. Nümayişçilər polis əməkdaşlarını daşqalaq ediblər, asayiş keşikçiləri isə gözyaşardıcı qaza əl atıblar. Nümayişçilər arasında xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Misirin tətil elan edən 12 böyük qəzeti nəşr olunmayıb, telekanallar işləməyiblər. /SİA/