Misir prezidentliyinə qadın namizəd

Misir prezidentliyinə qadın namizəd
Oxunma sayı: 115

“Qafqazinfo”nun məlumatına görə, jurnalist xanım bu xəbəri twitter vasitəsi ilə yayımlayıb. Kamal müstəqil namizəd kimi seçkilərə qatılsa da, sosial-demokrat meyllərini də gizlətmir: “Mən qadınam, lakin mənim proqramımda yalnız qadınların hüququ olmayacaq. Mən bütün misirlilərin hüquqları üçün mübarizə aparmaq niyyətindəyəm".

Qeyd edək ki, son altı il ərzində Kamal gənclər problemlərinə həsr edilmiş radioşounun aparıcısı olub. O “siyasi təzyiqdən” ehtiyat etdiyindən vaxtı ilə ona təklif edilən dövlət televiziyasında nüfuzlu vəzifədən imtina etmişdi. 2005-ci ildə isə parlamentə seçkilərin monitorinqiylə məşğul olan “Biz sizin arxanızdayıq” qrupunun təşkilatçısı olub. O, həmçinin “Misirlilər Korrupsiyaya Qarşı” ictimai təşkilatının əsas təşkilatçılarından biri idi.

Səidə Teyyubqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi