Misirdə 9 polis yol qəzasında ölüb

misirde-9-polis-yol-qezasinda-olub
Oxunma sayı: 653

Misirdə doqquz polis əməkdaşı yol qəzasında ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarını daşıyan pikap yük maşını toqquşub. Qəzadan dərhal sonra avtomobil yanmağa başlayıb. Maşındakı iki polis zabiti və yeddi əsgər dünyasını dəyişib.  

Güc strukturu əməkdaşları İskəndəriyyədən Şimali Sinaydakı xidmət yerinə yollanırdılar. 

Qeyd edək ki, Şimali Sinayda artıq bir neçə ildir ki ordu və polisin terrorçulara qarşı əməliyyatı davam edir.