Misirdə ağır yol qəzası - 14 ölü, 8 yaralı

Misirdə ağır yol qəzası
Oxunma sayı: 250

Misirin Qahirə şəhərinin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Youm7” dərgisinə istinadən xəbər verir ki, iki mikroavtobusla yük maşınının toqquşması nəticəsində 14 nəfər həyatını itirib, 8 nəfər xəsarət alıb.

Qeyd edək ki, Misir bərbad yol infrastrukturu ilə məşhurdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Misirdə yol-nəqliyyat hadisələri nəticəsində hər il 12 minə yaxın insan həyatını itirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi