Misirdə “Anadolu” agentliyi və TRT-nin saytlarına giriş bloklanıb

misirde-anadolu-agentliyi-ve-trt-nin-saytlarina-giris-bloklanib
Oxunma sayı: 648

Misirdə Məhəmməd Mursinin ölümündən sonra “Anadolu Agentliyi” və TRT-nin internet saytlarına giriş dayandırılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, məsələ ilə bağlı rəsmi mənbələr hər hansı açıqlama verməsə də, hər iki qurumun internet səhifələrinə giriş və mobil məlumatlar əldə etmək mümkün deyil.

Qeyri-rəsmi məlumata görə, buna Misirin hərbi yolla devrilmiş prezidenti Məhəmməd Mursinin ötən gün məhkəmə zalında vəfat etməsi ilə bağlı informasiyanın yayılması səbəb olub.