Misirdə bina çöküb - Ölənlər var

misirde-bina-cokub
Oxunma sayı: 747

Misirin paytaxtı Qahirədə beş mərtəbəli yaşayış binası çöküb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli MENA məlumat yayıb.

Məlumata əsasən, çökən bina əhalinin yoxsul təbəqəsinin sıx yaşadığı Manşiət-Nəsr rayonunda yerləşir. Bİnanın dağıntıları altından 10 nəfərin cəsədi çıxarılıb.

Ölənlərin sayının artacağı istisna olunmur.

Axtarış-xilasetmə işləri davam edir.