Misirdə fövqəladə vəziyyət rejimi yenə uzadıldı

misirde-fovqelade-veziyyet-rejimi-yene-uzadildi
Oxunma sayı: 671

Misir parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyətinin daha 3 ay müddətinə uzadılması barədə qәrar qәbul edilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, mövcud rejim daha 3 ay qüvvədə olacaq.

Qeyd edək ki, Misirdə fövqəladə vəziyyət 2017-ci ilin aprelində kamikadzelər tərəfindən ölkənin Tanta və İskəndəriyyə şəhərlərində yerləşən iki kilsədə törədilən terror aktlarından sonra tətbiq edilib.

İŞİD-in törərtdiyi həmin teraktlarda 45 nəfər ölü, 120-dən çox insan isə yaralanıb.