Misirdə hərbi xunta rejiminin fiaskosu labüddür - - Analiz

misirde-herbi-xunta-rejiminin-fiaskosu-labuddur-
Oxunma sayı: 1103


Misirdə qeyri-qanunu fəaliyyət göstərən hərbi xunta rejimi Məhəmməd Mursi haqqında yaydığı dezinformasiyalarla insanları çaşdırmağa və onların həqiqi mübarizəsinin qarşısını almağa çalışırlar. Çünki islam dinində özünə qəsd etmək böyük günah sayılır. Belə olan halda uzun illərdir ki, azad fikir və düşüncələr uğrunda mübarizə aparan böyük mübariz şəxsiyyət özünə qəsd edə bilməz. Hərbi xunta rejimi əmin olsun ki, Mursi demokratik mübarizəsini sona qədər davam etdirəcək. Bu gün Mursi Misir xalqının azadlıq və haqq simvoluna çevrilib.

Hər şeydən öncə hərbi xunta rejimi bir şeyi anlamalıdır ki, Məhəmməd Mursi demokratik yolla seçilmiş prezidentdir. Beynəlxalq ictimaiyyət də bu məsələdə Misir xalqının yanında olmalıdır. Onu qeyri-qanuni, özü də zor gücü ilə hakimiyyətdən deviriblər. Bu məsələdə ədalət, demokratiyanın ali prinsipləri pozulub və bunun bərpası uğrunda mübarizə aparan insanları  antidemokratik rejim silahla məhv etməkdədir. Hərbi xunta rejimi və onun rəhbərləri etdikləri hərəkətə görə, qanun və tarix qarşısında cavab verəcəklər.

 Bu arada Misir və Türkiyə arasında münasibətlərin gərginləşməsi ilə bağlı bəzi siyasi analitiklərin verdikəri açıqlamalar da subyektiv mülahizələr kimi qəbul edilə bilər. Əvvəla, Türkiyə islam, demokratik cağdaş dünyanın bir parçasıdır. Bu gün dünyada eləcə də müsəlman aləmində gedən demokratik proseslərin Türkiyənin iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Həmçinin Türkiyə islam dünyasında haqq-ədaləti, demkratiyanı dəstəklədiyi üçün, Misirin hərbi xunta rejimi bundan bərk narahatdır. Türkiyə ərəb xalqının demokratiya mübarizəsini dəstəkləyir. Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan demokratik yolla seçilmiş prezidenti müdafiə edir. Türkiyə hakimiyyəti eyni zamanda çağdaş islami dəyərləri dəstəkləyir. Çünki islami və demokartik dəyərlər ərəb xalqının maraqlarına cavab verir və onların azad, rahat yaşamaları üçün şərait yaradır. 

Misirdəki hərbi xunta rejimi istəyir ki, Türkiyə şərin yanında yer alsın. Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan demokratik dəyərlərə sadiq bir insan kimi buna əsla getməz. Ona görə də birmənalı demək olar ki, Türkiyə hakimiyyəti və xalqı  Misir xalqının yanındadır və demokratik haqları dəstəkləyir. Türkiyənin son illər regionda iqtisadi və hərbi baxımdan kifayət qədər güclənməsi, aparıcı ölkələrdən birinə çevrilməsi, Yaxın Şərqdəki proseslərə geniş təsir imkanları qazanması Qərbdə müəyyən dairələri ciddi narahat edir. Onlar məhz Türkiyəni sarsıtmaq, onun imicinə xələl gətirmək, ərəb ölkələrində həyata keçirdikləri inqilab ssenarisini reallaşdırmaq istəsələr də, çirkin niyyətlərinə nail ola bilmirlər. Türkiyə dövləti ərəb ölkələrində o cümlədən, Misirdə zorakılıq yolu ilə hakimiyyət dəyişikliyi etmək istəyən məkrli qüvvələrin bədnam niyyətinə birmənalı mənfi münasibət bildirir.  

Qərbdə imperalizm siyasətindən hələ də əl çəkə bilməyən ölkələr «insan hüquqları», «demokratiya» kimi məsələlərdən konyunktur maraqlarını gerçəkləşdirmək üçün istifadə edirlər. Misirdə M.Mursininin hakimiyyətə gəldikdən cəmi bir il sonra devrilməsi, bu ölkənin növbəti xaos və anarxiya, vətəndaş müharibəsinə yuvarlanması deyilənlərin əyani sübutudur. Təkcə Misirdə deyil, bu gün inqilabın baş verdiyi digər ərəb ölkələrinin də səfalət, yoxsulluq,  xaos içində olması sseranisi Qərbdə yazılmış «ərəb baharları»nın əsl mahiyyətini göstərir. Faktiki olaraq, «ərəb baharı»nın baş verdiyi ölkələr sonu görünməyən böyük bir fəlakətə sürükləniblər. Baş verənlər bir daha sübut edir ki, əslində, demokratiya bayrağı altında müəyyən ölkələrin öz geosiyasi maraqlarını gerçəkləşdirmək niyyətləri dünyada imperializmin yeni dalğasına çevrilib.  

 Son günlər Misirdə yaşanan hadisələr ötən əsrin 90-ci illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələrlə oxşarlıq təşkil edir. Xatırladaq ki, rus ordusu tərəfindən Azərbaycanda 1990-ci ilin 20 yanvar hadisələri törədilən zaman ümummilli lider Heydər Əliyev özünü və ailəsinin həyatını təhlükə altına ataraq Moskvada Azərbaycan nümayəndəliyinə gedərək, sovet imperiyasının təcavüzkar siyasətini ifşa etdi. Bu o zaman böyük ürək tələb edirdi və Heydər Əliyev çəkinmədən şərə qarşı müharibə elan etmişdi. Böyük şəxsiyyətin Azərbaycan nümayəndəliyində təşkil etdiyi mətbuat konfransı 20 yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadı. Deməli, ortaya çıxan nəticə odur ki, haqq və ədalət, demokratiya uğrunda aparılan mübarizə heç bir zaman məğlub olmur. Bu mübarizənin məntiqi nəticəsi idi ki,  ulu öndər Heydər Əliyev Azərbaycana qayıdaraq Naxçıvan Ali Məclisinin sədri, ondan sonra isə xalqın böyük dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Antik yunan filosofu Aristotel «Politika» əsərində yazır ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir. Həqiqətən də fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin ciddi cəhdlə can atdığı yeganə meyar məhz ictimai inam olmuşdur. Bu mənada, ulu öndər Heydər Əliyev də böyük siyasətdə və dövlət idarəçiliyində bütün böyük uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı sayəsində nail olmuş¬dur. Məhz bu key¬fıyyəti ilə Heydər Əliyev müstəqillik illərində də birləşdirici şəx¬siy¬yə¬tə çevril¬miş, cəmiyyətin mənəvi bütövlüyünə nail olmuşdur. Yəni xalqın başında dayanan rəhbər, millətinin müqəddəratı üçün məsuliyyət daşıyan sərkərdənin şəxsi keyfiyyətləri həm də dövlətlərin, xalq¬ların taleyini müəyyənləşdirən vacib amildir. 

Misir xalqı bu gün anarxiya, xaos, gərginlik deyil, sabitlik, tərəqqi və inkişaf uğrunda çarpışır. Bu yolda Misir xalqına dost ölkələrin ən azından mənəvi dəstəyinə böyük ehtiyacı vardır. Bu nöqteyi nəzərdən Türkiyənin təcrübəsi bir çox ölkələrə nümunə ola bilər. Vətə¬nini, xalqını sevən hər bir misirli bütün gərginliklərə, çoxsaylı insan tələfatına baxmayaraq gələcəyə böyük ümidlərlə baxır. 

 

Baba TAĞIYEV,

“İrəli Azərbaycan!” İctimai Birliyinin sədri, 

sabiq millət vəkili

www.babatagiyev.com