Misirdə parlament seçkiləri başa çatdı

misirde-parlament-seckileri-basa-catdi
Oxunma sayı: 647

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən bildirir ki, seçkilərin sonuncu mərhələsində əvvəlki iki turda səs verməyən 9 əyalətin seçiciləri sandıq başına yollanıblar.

Bu arada “əl-Cəzirə” telekanalına müsahibə verən Azadlıq və ədalət Partiyasının lideri (AƏP) Məhəmməd Mursi seçkilərdə qələbə qazanacaqları təqdirdə ölkənin bütün siyasi qüvvələri ilə əməkdaşlıq edəcəklərini bildirib.

Məlumat üçün bildirək ki, seçkilərin ilk iki turunda ölkənin Müsəlman Qardaşlar hərəkatının nəzdində yaradılan AƏP səslərin əksəriyyətini qazanaraq birinci olmuşdu. Seçkilərdə ikinci pillədə isə Nur Partiyası qərarlaşıb. İlk üçlüyü liberalların qapayacağı ehtimal olunur.

Misirdə parlamentin yuxarı palatasına seçkilərin isə 29-30 yanvar və 14-15 fevral tarixlərində keçiriləcəyi xəbər verilir.