Misirdə prezident seçkilərinin şok nəticələri

misirde-prezident-seckilerinin-sok-neticeleri
Oxunma sayı: 633

İlkin nəticələr elan olunduqdan sonra “Müsəlman qardaşları” hərəkatı ikinci tura keçməyən bütün müstəqil namizədləri və nümayəndələri, seçkidə iştirak edən partiyaları dialoqa çağırıb. Danışıqların predmeti vitse-prezident postuna namizədlik və koalisiya hökumətinin formalaşdırılması olacaq.

Hərəkatın sədr müavini İsam Alaryanın sözlərinə görə, “Misiri xilas etmək və inqilabın məqsədlərinə çatmaq üçün” ölkənin bütün siyasi qüvvələri birləşməlidir.