Misirdə qatar qəzası - 30 nəfər yaralandı

misirde-qatar-qezasi
Oxunma sayı: 656

Misirin şimalında Kafr əş-Şeyx əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, qatarın iki vaqonu tam sürətlə relsdən çıxıb və aşıb. Nəticədə azı 30 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzaya səbəb kimi ilkin ehtimal olaraq relslərin zədələnməsi göstərilir.