Misirdə sarı jilet geyinən vəkil həbs edildi

misirde-sari-jilet-geyinen-vekil-hebs-edildi
Oxunma sayı: 742

Misirdə sosial şəbəkədə sarı jiletdə fotosunu paylaşan vəkil tutulub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Məhəmməd Ramazan adlı vəkil “5 ədəd sarı jiletə sahib olmaq” ittihamı ilə 15 günlük azadlıqdan məhrum edilib. Ramazana qarşı “sosial şəbəkədə yalan xəbər yayma və qanunsuz olaraq etiraz aksiyasına təşviq” ittihamı irəli sürülüb. 

Qeyd edək ki, Misirdə Fransada baş verən “sarı jiletlilər” aksiyasından sonra həmin geyim növünün satışı qadağan edilib.