Misirdə sarı jilet satışı qadağan edildi

misirde-sari-jilet-satisi-qadagan-edildi
Oxunma sayı: 920

Misir hökuməti keçmiş prezident Hüsnü Mübarəkin istefası ilə nəticələnən 2011-ci il çevrilişinin ildönümü ərəfəsində Fransadakı etiraz aksiyalarının simvoluna çevrilən sarı jilet satışını qadağan edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Misirin təhlükəsizlik orqanlarının əməkdaşları mağazalara vətəndaşlara sarı jilet satmamaq barədə xəbərdarlıq edib.

Bu addım Fransada baş verən üsyanın Misirə sıçramaması üçün atılıb.