Misirin Cizə şəhərində bir nəfər ətrafdakı insanlara atəş açıb.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Məlumata görə, hücum edən şəxs hadisə yerində polislər tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.