Misirdə terroçularla qarşıdurma - 54 polis ölüb + Yenilənib

misirde-terrocularla-qarsidurma
Oxunma sayı: 1387

Misirin paytaxtı Qahirdə terrorçularla baş verən qarşıdurma nəticəsində ölən xüsusi təyinatlıların sayı 30-a çatıb.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə “Ərəb əl-Youm” portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Daha əvvəl 16 ölü və 15 yaralının olduğu bildirilirdi.

Toqquşmalar Qahirənin 135 kilometrliyində yerləşən əl-Vahat rayonunda qeydə alınıb. Terrorçuların ağır silahlardan atəş açdığı vurğulanıb.

Hazırda ərazidə müsahirəyə alınıb. Təhlükəsizlik xidməti helikopterlərin də iştirakı ilə əməliyyatları davam etdirir.

***

Qahirədə terrorçularla qarşıdurma zamanı ölən təhlükəsizlik xidmətinin əməkdaşının sayı 54-ə çatıb.

Onlardan iyirmisinin zabit olduğu vurğulanıb.

Terrorçuların itkiləri barədə isə məlumat verilməyib.