Misirdə terror qurbanlarının sayı artır - 305-ə çatdı

misirde-terror-qurbanlarinin-sayi-artir
Oxunma sayı: 2283

 

Misirnin Sinay yarımadasındakı Ariş şəhərində Ravza məscidində baş verən partlayışda ölənlərin sayı 305-ə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında 30 uşaq da var.

Yaralı sayının 128 olduğu bildirilir.

Misir ordusunun sözçüsü Tamir ər-Rufai hadisədən sonra hava qüvvələrinin terrorçuların yerini müəyyənləşdirdiyini və keçirilən əməliyyatda bir neçəsinin  zərərsizləşdirildiyini açılayıb. Məlumata görə, partlayış zamanı məscid ətrafında 25-30 terrorçu olub və onlar partlayışdan sonra insanlara atəş açıblar.

Terakta görə, ölkədə 3 günlük matəm elan edilib.

Qeyd edək ki, Sinay yarımadasında son 3 ildə İŞİD terrorçuları tərəfindən bir çox qanlı teraktlar törədilib. Terrorçular bölgədə təkcə məscidlərə deyil, həm də xristan kilsələrinə də hücum edirlər.