Misirdə toqquşmalar yenidən başladı

misirde-toqqusmalar-yeniden-basladi
Oxunma sayı: 657

Milli.Az xəbər portalının Reuters-ə istinadən verdiyi məlumata görə, dünən axşam saatlarından ölkəni idarə edən Silahlı Qüvvələrin Ali Şurasına qarşı nümayişə çıxmış kütlə ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb. Nəticədə ən azı 6 nəfər həlak olub, 250-dən artıq yaralı var.

Səhər saatlarından etibarən toqquşmaların baş verdiyi əraziyə insan axını başlayıb. Onlar əsasən hökumət və parlament binalarının qarşısında toplaşırlar.
Nümayişçilər ölkəyə rəhbərliyin hərbçilərdən mülki şəxslərə keçməsini istəyir.