Misirdə vəzifəli şəxsə sui-qəsd planı, sürücüylə polis ölüb

misirde-vezifeli-sexse-sui-qesd-plani-surucuyle-polis-olub
Oxunma sayı: 1653

Misirin İsgəndəriyyə şəhərində otel yaxınlığında partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mina yerləşdirilən avtomobilin partladılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb. 

Misir DİN-i hədəfin İsgəndəriyyənin təhlükəsizlik xidmətinin rəhbəri olduğunu açıqlayıb, lakin sui-qəsd cəhdi baş tutmayıb. Partlayış vəzifəli şəxsin korteji yaxınlıqdan keçən zaman baş verib. Ölən şəxsin polis əməkdaşı olduğu bildirilir. 

Qeyd edək ki, daha əvvəl Misir DİN-i “Müsəlman qardaşları” təşkilatına daxil olan və prezident seçkiləri ərəfəsində hücum planlaşdıran bir qrup ekstremisti yaxaladıqlarını bəyan etmişdi. 

Xatırladaq ki, Misirdə prezident seçkilərinin ilkin mərhələsi 26-28 martda baş tutacaq. Seçkilərin mübahisəsiz favoriti isə indiki dövlət başçısı Abdel Fəttah əs-Sisi hesab edilir.

***

Daha bir nəfərin öldüyü açıqlanıb. Onun sürücü olduğu bildirilir.