Misirdə yeni hökuməti kim quracaq?

misirde-yeni-hokumeti-kim-quracaq
Oxunma sayı: 647

İslamazeri.az-ın ərəb mənbələrinə istinadən verdiyi xəbərə görə, görə, yeni hökuməti parlament seçkilərinə qədər qurmaq nəzərdə tutulur. Kamal Qanzuri 1996-cı ilin yanvarından 1999-cu ilin oktyabrına qədər Misir hökumətinin rəhbəri olub.

Noyabrın 19-dan paytaxt Qahirədə və ölkənin başqa iri şəhərlərində hakimiyyətin hərbi qüvvələrdən alınaraq mülki şəxslərə verilməsi tələbi ilə aksiyalar keçirilir. Hüquq mühafizə qüvvələri ilə toqquşmalarda ölənlər və yaralananlar var. Xalqa divan tutulmasını etirazla qarşılayan Misir hökuməti noyabrın 21-də istefaya gedib. Həmin gün baş nazir İsam Şərəf Silahlı Qüvvələr Ali Şurasının sədri, müdafiə naziri Hüseyn Tantaviyə istefa ərizəsi təqdim edib.

Hüseyn Tantavi Misirin dövlət başçısıdır. O, səlahiyyətləri fevralın 11-dən - prezident Hüsnü Mübarək istefa verən gündən əldə edib.