Misirdə yük və sərnişin qatarı toqquşub - 19 ölü, 38 yaralı

Misirdə yük və sərnişin qatarı toqquşub
Oxunma sayı: 341

Misirdə iki qatar toqquşub. Nəticədə 19 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iki vaqon sərnişin qatarından ayrılaraq qarşıdan gələn yük qatarının yoluna aşıb. 

Hadisə yerinə xilasedicilər və 30 təcili yardım maşını cəlb edilib. Səhiyyə Nazirliyi ölü və yaralı sayının artacağını istisna etmir. Ölkənin nəqliyyat naziri insidentin baş verdiyi əraziyə yollanıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi