Misirə dəstək üçün - - "R4BIA"

misire-destek-ucun-
Oxunma sayı: 1377


"Qafqazinfo" xəbər verir ki, Türkiyədə baş nazir Rəcəb Tayyip Ərdoğan və futbolçu Emre Belezoğlunun başladığı  ənənəyə gündən-günə böyük dəstək gəlir. 

Ötən axşam “Kaybolan yıllar” serialının baş rol ifaçısı Saruhan Hünel də jurnalistlərə "R4bia" işarəsi edərək poza verib. Misirdə böyük bir heyran kütləsinə sahib olan aktyor bildirib ki, pərəstişkarları onu Misirə dəvət edib: "Orada pərəstişkarlarım çoxdur. Mənə tez-tez mesaj göndərirlər və bizə dəstək olun, bura gəlin deyirlər". 

Aktyor bildirib ki, Misirə getmək üçün konsulluğa də müraciət edib:

“Konsulluqdan dedilər ki, təhlükəsizliyimizi təmin edə bilməyəcəklər. Dəstək olmaq üçün oraya getməyi çox istəyirdim, icazə ala bilmədim. Tək heç nə edə bilmərəm. Hökumət tərəfindən dəstək olsa, sevə-sevə iştirak edərəm. Orada çox kədərli hadisələr yaşanır".

Könül