Misirin məşhur kurort şəhəri daş hasara alınır

misirin-meshur-kurort-seheri-das-hasara-alinir
Oxunma sayı: 1473

Misir hökuməti kurort şəhəri olan Şarm-eş-Şeyxin ətrafına daş hasar çəkməyə başlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, artıq tikinti işləri getsə də, Cənubi Sinaya qubernatoru Xaled Fuda  məlumatı inkar edir. Divarın hündürlüyü 6 metrdir.

Fuda bildirib ki, əslində layihə 37 kilometrdən çox olmayan uzunluqda beton baryerin quraşdırılmasını və “4 gözəl qapının qoyulmasını” nəzərdə tutur. Onun sözlərinə görə, layihə “Şarm eş-Şeyxin” bəzədilməsi və təhlükəsizliyinin təmin olunması üçün hazırlanıb. Bu isə gələcəkdə həyata keçiriləcək. Layihənin turizmdən itirilən gəlirin qaytarılmasına şərait yaradacağı deyilib. 

Qeyd edək ki, şəhərin ətrafına daş hasar çəkilməsi planları hələ 2005-ci ildən mövcuddur. Ancaq bu plan həmin vaxt təxirə salınmışdı.