Misirli həkimlər ölən turistin orqanlarını çıxardılar

misirli-hekimler-olen-turistin-orqanlarini-cixardilar
Oxunma sayı: 2106

Misirdə dünyasını dəyişən və ölkəsinə göndərilən turistin daxili orqanları çıxarılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hurqada şəhərində dincələn 62 yaşlı britaniyalı turist Devid Hamfris nəvələri ilə oteldə dincələrkən ürəyindən şikayətlənib. Otelin həkimləri antibiotik yazıblar, lakin bir neçə gün sonra turist ölüb. Misirli həkimlər kişinin ölüm səbəbini araşdırmaq üçün onu yarıblar və Devidin ürəktutmasından öldüyü qənaətinə gəliblər. 62 yaşlı turistin nəşi Böyük Britaniyaya göndərildikdən sonra yenidən müayinə edilən zaman ürəyinin çıxarıldığı, qaraciyər və böyrəyinin də bir hissəsinin olmadığı məlum olub. Mərhumun həyat yoldaşı və qızı bildirib ki, Devid Misirdə xəstəxanaya aparılan zaman cəsədinin yarılmasına etiraz etsələr də, həkimlər polisin araşdırma aparması üçün bu prosedurun vacib olduğunu söyləyiblər. 

Britaniya KİV-i orqanların çıxarılmasını qanunsuz hesab edərək bu işdə Misiri günahlandırıblar. Belə ki, təkcə bu il Qahirə məhkəməsi 37 nəfəri qanunsuz orqan çıxarmağa görə mühakimə edib. Misirin Dövlət İnformasiya Xidməti iddiaları əsassız adlandırıb.

Aysel Kərimova