“Mister Bin” uşağına baxmaq üçün məzuniyyətə çıxdı

mister-bin-usagina-baxmaq-ucun-mezuniyyete-cixdi
Oxunma sayı: 2047

“Mister Bin” kimi məşhurlaşan aktyor Rouen Atkinson bir illiyə məzuniyyətə çıxıb.

“Qafqazinfo”nun “7dney.ru”ya istinadən verdiyi xəbərə görə, 64 yaşlı aktyor həyat yoldaşına uşağına baxmaqda kömək etmək üçün bu qərara gəldiyini bildirib.

“Körpəmizin qayğısına qalacağam, həmçinin xanımımın bütün fikrini karyerasına yönləndirməsinə imkan yaradacam”, - deyə aktyor söyləyib.

Qeyd edək ki, R. Atkinson aktrisa Luiza Fordla evlidir. Cütlük 2017-ci ildə valideyn olub.