Mitinq üçün İcra Hakimiyyətinə müraciət edildi

mitinq-ucun-icra-hakimiyyetine-muraciet-edildi
Oxunma sayı: 638

“Qafqazinfo”nun verdiyi məlumata görə, müraciətdə martın 4-də 3 məkandan biri - “Füzuli” meydanı, “Nərimanov” metrostansiyasının qarşısı və “Təbriz” kinoteatrının qarşısındakı meydanda, saat 15:00-dan 17:00-dək ölkənin ərazi bütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçiriləcəyi bildirilir. Mitinqdə “Siyasi məhbuslara azadlıq!”, “Qarabağ!” və “Rüşvətə yox!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, müraciət Gənclərin Hüquqlarını Müdafiə Komitəsi(GHMK) tərəfindən edilib. GHMK-da 4 partiya ,5 təşkilat – “Azad Gənclik”, “Müsbət dəyişikliklər”, “Dalğa Gənclər Hərəkatı”, “NİDA Vətəndaş Hərəkatı”, “İnsan Hüquqları Klubu” , “Musavat”, “Azərbaycan Xalq Cəbhəsi”, “Vətəndaş Həmrəyliyi Partiyası”, “Azərbaycan Demokrat Partiyası” təmsil olunurlar.

Sədan