Mitinqdə 60 nəfər tutuldu

mitinqde-60-nefer-tutuldu
Oxunma sayı: 645

Moskva və Sankt-Peterburq şəhərlərində Rusiya Federasiyası Konstitusiyasının 31-ci maddəsinin müdafiəsi məqsədilə keçirilən nümayişlər zamanı 60-a yaxın müxalifət tərəfdarı həbs olunub.

Aksiya iştirakçıları ölkə rəhbərliyinin istefasını və ədalətli parlament və prezident seçkilərinin keçirilməsini tələb ediblər. Moskvada aksiya Triumfalnı meydanında keçirilib. Burada həbs olunanlar, əsasən, qəsdən piyadaların və nəqliyyatın hərəkətinə maneə törədənlər olub.

Qeyd edək ki, müxalifətin "Strategiya-31" adlandırılmış hərəkat Konstitusiyanın "vətəndaşlara birləşmək azadlığı verən" maddəsinə diqqəti çəkmək üçün hər 31-günlük ayın son günündə kütləvi aksiyalar keçirir.